13 January 2025 05:05 News Baxış sayı : 69
7 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin “Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi xidməti”nin əməkdaşı, Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivinin əməkdaşı Rəhimova Nailə Elşad qızı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Bu münasibətlə həmkarımızı təbrik edir, əmək fəaliyyətində uğurlar arzu edirik.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 706 nömrəli Fərmanının 5.9-cu bəndinə əsasən “ASAN xidmət” mərkəzlərində hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi xidməti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təmin edilir.
Today: | 395 |
Yesterday: | 849 |
This Week: | 2098 |
Last Week: | 6095 |
This Month: | 11748 |
Last Month: | 26014 |
This Year: | 11748 |
Total: | 1324332 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az