NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Qarabağda və Zəngəzurda erməni cəza dəstələri-Andranik Ozanyanın qanlı cinayətləri” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları əsasında hazırladığı  “Qarabağda və Zəngəzurda erməni cəza dəstələri Andranik Ozanyanın qanlı cinayətləri” sərlövhəli məqaləsi  “Respublika” qəzetinin 15.02.2025-ci il tarixli, 34(8082) saylı nömrəsində dərc edilib.

 Osmanlı imperiyasının erməniəsilli vətəndaşı Andranik Ozanyan öz vətəninin xəyanətkarı kimi tarixə düşmuşdür. O, 25 fevral 1865-ci ildə Osmanlı imperiyasının Trapezund vilayətinin Şapin-Qarahisar şəhərində (hazırda Türkiyənin Gerasun əyaləti) anadan olmuşdur. Andranik "Hnçak", sonra isə "Daşnaksütyun" partiyalarının üzvü olmuş, 1880-ci illərdə Osmanlı dövlətinə qarşı hərbi xəyanətə görə türk hərbçiləri tərəfindən cəza tədbiri kimi onun sağ qulağı kəsilmiş və bununla da xalq arasında "təkqulaqlı Andranik"adını qazanmışdır. Lakin layiq olduğu cəzanı almasına baxmayaraq, Osmanlı imperiyasına qarşı xəyanətkarlığından əl çəkmir, silah qaçaqmalçılığı ilə məşğul olur, Türk ordusuna qarşı döyüşlərdə iştirak edirdi. 1904-cü ildə erməni üsyanı türk hərbçiləri tərəfindən yatırıldıqdan sonra Andranik Türkiyədən qaçaraq bir müddət Qafqaza sığınır, daha sonra isə Avropaya yola düşür. O, 1907-ci ildə "Daşnaksütyun"un Bolqarıstanda keçirilmiş IV qurultayında iştirak etmişdi.

1914-cü ildə tayqulaq Andranik rus ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşərək rus ordusuna xidmətlərini təklif etmiş və bununla da Türkiyəyə qarşı satqınçılığını davam etdirmişdi. Malışayevski Andranikə erməni hərbi dəstələrinin formalaşdırılmasını tapşırmışdı. Qeyd edək ki, Andranik Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştirakına görə dəfələrlə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallara layiq görülmüşdür.

1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başladı. Andranikin başçılıq etdiyi erməni bandaları çar ordusundan qalmış hərbi silah və sursatı mənimsəyərək öz silahlı dəstələrini gücləndirirdilər. Zəngəzurda və digər bölgələrdə Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıdır, yandırır viran qoyurdular. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi. Erməni tarixçisi A.Lalayan yazırdı: "Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kənd uşaqlarının, qadınlarının və qocalarının qətli zamanı "böyük şücaət" göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmır və həmin ərazilər insan qalıqları ilə dolu bir xarabalığa çevrilirdi".

 Məqalənin tam mətni ilə Respublika qəzetindən (səh. 12) və ya BURADAN tanış olmaq mümkündür.


Today: 839
Yesterday: 473
This Week: 4605
Last Week: 5462
This Month: 16732
Last Month: 26618
This Year: 43350
Total: 1355934
1355934