NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dövlət Arxivi Şəki filialının həyətində abadlıq işləri görülüb

“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il  tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq dövlət arxiv xidməti təşkilatlarında silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.

           Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları tərəfindən ağacəkmə aksiyaları, abadlıq və təmizlik tədbirləri, iməciliklər keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq zonaların genişləndirilməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə növbəti tədbir Dövlət Arxivinin Şəki filialında həyata keçirilib.

Dövlət Arxivi Şəki filialının rəhbərliyi və kollektivi tərəfindən filialın həyətində abadlıq işləri görülüb, mövcud ağaclara, güllərə aqrotexniki qulluq göstərilib, gövdələri əhənglənib, ərazi alaq otlardan təmizlənib.


Today: 253
Yesterday: 983
This Week: 4225
Last Week: 7171
This Month: 16668
Last Month: 25580
This Year: 229486
Total: 1249907
1249907