NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

18 İyun - Azərbaycanda İnsan Hüquqları Günüdür

Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi ilə insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmiş, bununla da ölkəmizdə bu sahədə ardıcıl və sistemli fəaliyyətin möhkəm təməli qoyulmuşdur. Ulu Öndərin insan hüquqları sahəsində müəyyən etdiyi uğurlu siyasətin davamlılığını təmin edən və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir. Aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasıdır. Eyni zamanda, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək, insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlılıq səviyyəsini yüksəltmək də əsas hədəflərdəndir.

Müasir dövrdə insan hüquqlarının təmini ilə bağlı çağırışlar daha da şaxələnmişdir. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, informasiya mühitində baş verən dəyişikliklər, iqlim dəyişiklikləri və postmünaqişə reallıqları bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir. Bu konteksdə rəqəmsal mühitdə hüquqların qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin etik və məsuliyyətli tətbiqi, eləcə də gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bununla yanaşı, sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmin edilməsi, inklüziv cəmiyyətin inkişafı, sosial xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsi və hüquqi maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi prioritet istiqamətlər sırasındadır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhər mühitinin insan hüquqları ilə ayrılmaz bağlılığını xüsusi aktuallaşdırır. Bu baxımdan, təhlükəsiz, sağlam və inklüziv yaşayış mühitinin formalaşdırılması, həssas qruplar üçün əlçatanlığın təmin edilməsi, ekoloji tarazlığın qorunması və qərarvermədə ictimai iştirakın gücləndirilməsi insan hüquqlarının səmərəli həyata keçirilməsinin mühüm şərti kimi çıxış edir.

 

 


Today: 557
Yesterday: 1822
This Week: 4251
Last Week: 15125
This Month: 42067
Last Month: 48609
This Year: 298054
Total: 1991979
1991979