Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

ELEKTRON MÜRACİƏT

Son Yenilənmə : 2023-01-06 11:14:58
Baxış sayı : 20218

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

 Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəsmi internet saytı Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Rəsmi internet saytımızın hər bir istifadəçisinin məktub göndərmək, onu maraqlandıran məsələlər barədə fikirlərini və arzularını bildirmək, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL QAYDALARLA TANIŞ OLMAĞINIZI XAHİŞ EDİRİK.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəsmi internet saytı vasitəsilə elektron formada göndərilmiş müraciətlər İdarənin “İnformasiya təminatı və elektron xidmətlər Mərkəzi”nə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun  tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.

Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, yalnız böyük və ya yalnız kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Müraciətin mətnində təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr İdarənin info@milliarxiv.gov.az elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:  AZ1106,Bakı şəh., Z.Bünyadov pr., 3

 

MƏKTUB YAZ