Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.



Azərbaycanlıların Ermənistan SSR-dən DEPORTASİYASI 1948-1953-cü illər

XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Qafqazın işğalından sonra təxminən iki əsr ərzində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma torpaqlarından qovularaq kütləvi qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən nəşrə hazırlanan “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” adlı topludakı sənədlər o dövrdə xalqımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirir.