NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin istifadəsi və arxiv məlumatlarının verilməsində yeni yanaşmalar” mövzusunda seminar keçirilib

18 oktyabr 2024-cü il tarixində Milli Arxiv İdarəsində İdarənin 2024-cü ilin iş planına uyğun olaraq “Milli arxiv fondu sənədlərinin istifadəsi və arxiv məlumatlarının verilməsində yeni yanaşmalar” mövzusunda seminar keçirilib.

Seminarda İdarə rəisinin müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının, sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin rəhbərləri, aidiyyəti sahəyə məsul olan müvafiq vəzifəli şəxslər iştirak ediblər.

Seminarı açıq elan edən Həsən Həsənov iştirakçıları 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi. H.Həsənov mövzunun aktuallığını önə çəkərək dövlət arxiv xidməti təşkilatlarında Milli arxiv fondu sənədlərindən istifadənin hazırda arxiv işinin əsas aparıcı sahəsi olduğunu qeyd etdi. Bildirildi ki, arxiv sənədləri əsasında ali hakimiyyət orqanlarının, dövlət qurumlarının müraciətlərinin, hüquqi və fiziki şəxslərin, vətəndaşların sosial-hüquqi və digər qanuni mənafelərinin təmin edilməsi məqsədilə onların hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi arxiv işinin mühüm bir hissəsidir.

Cəmilə Abasova keçirilən seminarın mövzusunun aktuallığını nəzərə alaraq, 80-dən çox dinləyicinin həm ənənəvi, həm onlayn qaydada seminara qoşulduğunu bildirib.

Mövzu üzrə məruzə ilə çıxış edən Natiq Eminov Dövlət Arxivləri üzrə arxiv sənədləri əsasında ali hakimiyyət orqanlarının, dövlət qurumlarının müraciətlərinin, hüquqi və fiziki şəxslərin hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi zamanı qanunvericiliyin tələbləri, mövcud problemlər və onların həlli istiqamətində normativ aktların icra mexanizmləri haqqında məlumat verdi. Bildirildi ki, aparılmış monitorinq hesabatlarına əsasən dövlət arxiv xidməti təşkilatlarında 2024-cü il üzrə arxiv işinin sahələr üzrə 46 faiz payını məhz arxiv sənədlərindən istifadə tutur.

N. Eminov tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası”nın, o cümlədən “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının icrası haqqında ətraflı məlumat verildi, sözügedən qaydaların müvafiq bəndlərinin icra mexanizmləri izah olundu.

Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva məruzə ətrafında çıxış edərək arxiv arayışlarının icrası zamanı qarşıya çıxan məsələlər barədə konkret faktlar əsasında iştirakçıları məlumatlandırıb.

Daha sonra Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova,  Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva, Dövlət Arxivi Bakı filialının direktoru Ağakişi Allahverdiyev, Dövlət Arxivinin şöbə müdiri Kiçikxanım Əlizadə təmsil etdikləri arxiv üzrə sənədlərin qeyd edilən istiqamətdə istifadəsinin vəziyyəti haqqında məlumat veriblər.

Seminar sual - cavab formatında davam etdirilib.

 


Today: 144
Yesterday: 824
This Week: 3446
Last Week: 6294
This Month: 22449
Last Month: 25108
This Year: 288598
Total: 1309019
1309019