16 December 2024 10:24 News Baxış sayı : 103
Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1925-ci il 13 dekabr tarixində yaradılan muxtar respublika arxivinin 99-cu il dönümü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində tədbir keçirilib.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat yolunu özündə əks etdirən eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində davam edən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov muxtar respublikada fəaliyyət göstərən arxiv əməkdaşlarını təbrik edərək, göstərdikləri fəaliyyətə görə öz təşəkkürlərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin aparıcı arxeoqrafı Aygün Həmzəyeva "Heydər Əliyev və Azərbaycanda arxiv işi" mövzusunda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin arxiv sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
"Naxçıvanda arxiv quruculuğu" mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Arxiv fondlarının və kino-foto sənədlərin mühafizəsi şöbəsinin müdiri Türkay Həsənova Naxçıvan Muxtar Respublikasında 1925-ci ildən bugünə qədər mövcud olan arxivlərin fəaliyyəti haqqında məlumat verib.
Şahbuz Rayon Dövlət Arxivinin müdiri Elcan Əlizadə "Cəmiyyətin sosial-mədəni inkişafında arxivin rolu" mövzusunda çıxış edib.
Yekunda idarənin bir qrup əməkdaşı arxiv işindəki məsuliyyətli və nümunəvi xidmətlərinə görə "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif olunub.
Today: | 106 |
Yesterday: | 774 |
This Week: | 5475 |
Last Week: | 6350 |
This Month: | 18184 |
Last Month: | 25108 |
This Year: | 284333 |
Total: | 1304754 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az