NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsinin 2023-cü il Tədbirlər Planına uyğun olaraq nəşr sahəsində fəaliyyətə aid 3 kitab nəşr edilib

Milli Arxiv İdarəsinin rəisi filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun məsul redaktorluğu ilə nəşr edilən kitablar  müvafiq olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti (1918-1920)”, “Memar və rəssamların şəxsi mənşəli arxiv fondlarının göstəricisi”, “Texniki elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli azərbaycanlı  alimlərin şəxsi mənşəli fondlarının göstəricisi” adlanır.

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərov tərəfindən arxiv sənəd və materialları əsasında hazırlanan “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti (1918-1920)” adlı monoqrafiya Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təhsil siyasətinə həsr edilmiş qərarlarına (o cümlədən Parlament qərarları, Xalq Maarif Nazirliyinin və onun müxtəlif qurumlarının fəaliyyətinə dair sənədlər, protokollar, qanun layihələrinə dair izahatlar və s.), eləcə də digər elmi mənbələrə əsaslanır.  

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Şəlalə Baxşəliyeva tərəfindən tərtib edilmiş “Memar və rəssamların şəxsi mənşəli arxiv fondlarının göstəricisi” adıçəkilən arxivdə daimi mühafizə edilən şəxsi mənşəli fondlar əsasında hazırlanmış və ölkəmizin sənətşünasları, memarları və rəssamları haqqında elmi-tədqiqat və mədəni-maarifçilik baxımından qiymətli mənbə hesab edilir.  

Dövlət Elm və Texnika Sənədləri Arxivinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri Səadət Cabbarova və aparıcı arxeoqraf Müzahim İsmayılzadə tərəfindən hazırlanmış “Texniki elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli azərbaycanlı alimlərin şəxsi mənşəli arxiv fondlarının göstəricisi” XIX əsrin 70-ci illərindən XX əsrin 90-cı illərinə qədər Azərbaycanda elmi-texniki tərəqqinin inkişafında böyük xidmətləri olan alimlərin şəxsi mənşəli arxiv fondlarında yer alan sənəd və materiallar haqqında məlumatı əks etdirir.

 


Today: 147
Yesterday: 871
This Week: 1018
Last Week: 6279
This Month: 22995
Last Month: 20754
This Year: 88296
Total: 1108717
1108717