29 October 2024 03:14 News Baxış sayı : 298
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq dövlət arxiv xidməti təşkilatlarında silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları tərəfindən ağacəkmə aksiyaları, abadlıq və təmizlik tədbirləri, iməciliklər keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq zonaların genişləndirilməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə növbəti tədbir Dövlət Arxivinin Şirvan filialında həyata keçirilib.
Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədovanın rəhbərliyi ilə filialın kollektivi tərəfindən filialın həyətində abadlıq işləri görülüb, mövcud ağaclara, güllərə aqrotexniki qulluq göstərilib, ərazi alaq otlardan təmizlənib, çoxlu sayda həmişəyaşıl şam ağacları əkilib.
Today: | 489 |
Yesterday: | 816 |
This Week: | 2967 |
Last Week: | 6294 |
This Month: | 21970 |
Last Month: | 25108 |
This Year: | 288119 |
Total: | 1308540 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az