NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Arxivi Şəki filialının əməkdaşları şəhid ailəsini ziyarət edib

Dövlət Arxivi Şəki filialının əməkdaşları 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi zamanı gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rahib Hacı-İsmayılovun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin xatirəsi yad edilərək,onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması üçün dövlət qurumları tərəfindən davamlı dəstək tədbirlərinin,onların müraciətlərinin xüsusi həssaslıqla icra edilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.

Ziyarət zamanı şəhidin anası Tangiz İsmayılova oğlu haqqında xatirələrdən və keçdiyi döyüş yolundan söz açıb.

Rahib Məmmədemin oğlu Hacı-ismayılov 1991-ci il sentyabrın 17-də Şəkidə anadan olub. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə yola düşüb, “N”saylı hərbi hissənin tərkibində Tərtər, Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Döyüş tapşırığını yerinə yetirərkən Tərtər istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub.

Ölümündən sonra  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”medalı ilə təltif edilib.


Today: 486
Yesterday: 754
This Week: 1240
Last Week: 5689
This Month: 1973
Last Month: 36091
This Year: 495283
Total: 2189208
2189208