12 June 2026 04:32 News Baxış sayı : 233
Milli Arxiv İdarəsinin “Kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2026-cı il üçün illik İş Planı”na uyğun olaraq, İdarədə “Korrupsiya haqqında tarixi faktlar. Mədəni davranış və ictimai etimad” mövzusuna həsr edilmiş təlim keçirilib.
Təlimdə Milli Arxiv İdarəsi Aparatının inzibati vəzifəli dövlət qulluqçuları, həmçinin dövlət arxiv xidməti təşkilatlarının məsul əməkdaşları iştirak etdilər.
İdarənin İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova təlimi açıq elan edərək, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq dövlət qulluğunda idarəçiliyin təkmilləşdirilməsi sahəsində ictimai etimadın və vətəndaş məmnunluğunun aktuallığını qeyd etdi. T.Aslanova “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun prinsipləri əsasında korrupsiya haqqında tarixi faktlar, mədəni davranış və ictimai etimad haqqında məlumat verdi.
Təlim zamanı iştirakçılar arasında praktiki həll yönümlü komanda, rol oyunları keçirildi. Daha sonra tədbir açıq disskusiya formatında davam etdirildi.
| Today: | 753 |
| Yesterday: | 1822 |
| This Week: | 4447 |
| Last Week: | 15125 |
| This Month: | 42263 |
| Last Month: | 48609 |
| This Year: | 298250 |
| Total: | 1992175 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az