NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Müəllimlikdən deputatlığa uzanan yol” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimlərindən biri olan Abdulla bəy Əfəndiyev haqqında arxiv materialları əsasında hazırladığı “Müəllimlikdən deputatlığa uzanan yol”  adlı məqaləsi “Kaspi” qəzetinin 06 iyun 2026-cı il tarixli, 20 (4271) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib. 

Görkəmli maarif xadimi, tərcüməçi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin üzvü Abdulla bəy Əfəndiyev 1873-cü ildə Şəkidə məmur ailəsində anadan olub. O, 1880-1888-ci illərdə ibtidai təhsilini evdə və məhəllə məktəbində alıb, 1888-1894-cü illərdə isə Yelizavetpoldakı (Gəncədə) sənət məktəbində kənd təsərrüfatı üzrə orta ixtisas təhsili əldə edib. Daha sonra 1898-ci ildə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsilini başa vurduqdan sonra Bakıda pedaqoji fəaliyyətə başlayıb. 1898-1920-ci illərdə müxtəlif məktəblərdə müəllim və müdir vəzifələrində çalışıb.  

Abdulla Əfəndiyev Qafqaz müsəlman müəllimlərinin 1906-cı ildə keçirilmiş I və 1907-ci ildə keçirilmiş II qurultaylarında fəal iştirak edib. Həmin qurultaylarda görkəmli pedaqoq Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarıb. Onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunmuş proqram əsasında “İkinci il” (1908) dərsliyini nəşr etdiriblər. O, 1918-ci ildə Nuxa (Şəki) şəhərindən AXC-nin Milli Şurasının deputatı seçilir və hökumətin təhsil siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. AXC dövründə onun təhsil və mədəni quruculuq sahələrində həyata keçirilmiş tədbirlərdəki rolu və iştirakı danılmazdır. 

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Today: 551
Yesterday: 1822
This Week: 4245
Last Week: 15125
This Month: 42061
Last Month: 48609
This Year: 298048
Total: 1991973
1991973