10 Июнь 2026 09:15 Новости Baxış sayı : 101
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri, Ağstafa Rayon Dövlət Arxivinin əməkdaşları iştirak ediblər.
Seymur Orucov çıxış edərək bildirib ki, arxivlər yaddaşları qoruyan, eyni zamanda, gələcəyə ötürən ən mühüm institutlardan biridir. 1948-ci il iyunun 9-da UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Arxivlər Şurası yaradılmış, 2007-ci ildə isə həmin günün Beynəlxalq Arxivlər Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.
Öz növbəsində Azərbaycan da zəngin arxiv ənənələrinə malik ölkələr sırasındadır. Milli arxiv fondu dövlətçiliyin inkişaf mərhələlərini, xalqımızın siyasi, iqtisadi və mədəni həyatını əks etdirən əvəzsiz mənbədir.
Qeyd edildi ki, son illərdə arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi və tarixi mənbələrin ictimaiyyət üçün daha əlçatan olması istiqamətində dövlətimiz tərəfindən bütün mühüm addımlar atılır.
Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov Ağstafa Rayon Dövlət Arxivinin müdiri Pərvin Hacıyevi rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə müvafiq Fəxri Fərmanla təltif edib.




| Cегодня: | 1233 |
| Вчера: | 1702 |
| На этой неделе: | 12012 |
| На прошлой неделе: | 10198 |
| Этот месяц: | 22210 |
| Прошлый месяц: | 48609 |
| В этом году: | 278197 |
| Всего: | 1972122 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az