13 Май 2026 09:23 Новости Baxış sayı : 153
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan filialının 2026-cı ilin İş Planına uyğun olaraq, Salyan Rayon Mərkəzi Xəstəxanasının bir qrup əməkdaşının filiala ekskursiyası təşkil olunub.
Ekskursiya adıçəkilən xəstəxananın fəaliyyətə başlamasının 85 illiyi münasibətilə həyata keçirilib. Salyan rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Pərvanə Əhmədova, bölmə rəisləri Könül Bağırova, Zülfiyyə Həsənova, mütəxəssis Leyla Nəsirova tədbirdə iştirak ediblər.
Dövlət Arxivi Salyan filialının direktoru Səkinə Məlikova arxivin əsas fəaliyyət istiqamətləri, həmçinin sənədlərin dövlət mühafizəsinə qəbulu, istifadəsi, rəqəmsallaşdırılması haqqında ətraflı məlumat verdi.
Filialın əməkdaşı Məlahət Sərdarova Salyan rayonda səhiyyənin inkişafını özündə əks etdirən və Dövlət Arxivinin Salyan filialında daimi mühafizə edilən arxiv sənədləri haqqında məlumat verdi.

| Cегодня: | 1325 |
| Вчера: | 2046 |
| На этой неделе: | 8146 |
| На прошлой неделе: | 11934 |
| Этот месяц: | 35760 |
| Прошлый месяц: | 55339 |
| В этом году: | 243138 |
| Всего: | 1937063 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az