07 Ноябрь 2024 02:45 Новости Baxış sayı : 139
Dövlət Arxivi Gəncə filialının təşəbbüsü və 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən Müharibəsi Şəhidləri – Zəfərimizin Qəhrəmanları” adlı səyyar sərgi təşkil edilib. Sərgi Dövlət Arxivinin Gəncə filialında daimi dövlət mühafizəsinə qəbul edilmiş Vətən müharibəsi Şəhidlərinin şəxsi mənşəli sənədləri əsasında hazırlanıb.
Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Gəncə regional «АSAN xidmət» mərkəzinin direktoru Fərid Yaqubov, Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova, o cümlədən hər iki dövlət qurumunun əməkdaşları, könüllülər və vətəndaşlar iştirak ediblər.
Sərgi iştirakçılar arasında böyük marağa səbəb olmaqla yanaşı, Şəhid ailələri tərəfindən Şəhidlərin şəxsi mənşəli arxiv sənədlərinin müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini stimullaşdırmaq, həmin sənədləri gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
Sözügedən sərginin nümayişi 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində davam etdirilir.
Cегодня: | 643 |
Вчера: | 1014 |
На этой неделе: | 5809 |
На прошлой неделе: | 6066 |
Этот месяц: | 19705 |
Прошлый месяц: | 28223 |
В этом году: | 260746 |
Всего: | 1281167 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az