Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

AZƏRBAYCAN ARXİVİ -104 İL

Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasından 104 il ötür. 

 

Qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycan strateji bir region kimi siyasi, iqtisadi, mədəni və digər sahələrdə daim maraq nöqtələrinin kəsişməsində olmuş və çoxsaylı tarixi hadisələrə şahidlik etmişdir. Tarixi keçmişin və onun hadisələrinin ən dərin izlərini və əsl həqiqətləri isə heç şübhəsiz arxivlər daşıyır. Bu mənada arxivləri tarixin yaşadığı ev adlandırsaq, heç də səhv etmiş olmarıq.

Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv 6 dekabr 1920-ci ildə yaradılmışdır. Azərbaycan Arxivinin əsası həmin vaxtdan, “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulmuşdur.

Qürurla qeyd etmək lazımdır ki, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi olmuşdur.

Vaxtilə Ulu Öndər Heydər Əliyev arxivçilərin məsuliyyətli əməyinə böyük qiymət vermişdir: ”Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”.

Azərbaycanda axiv quruculuğunun 100 illik yubileyi ilində Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” arxivçilərimiz qarşısında arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmini, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsilə bağlı böyük və məsuliyyətli vəzifələr qoymuşdur. Görülən işlər deməyə əsas verir ki, arxivçilərimiz bu vəzifələrin öhdəsindən layiqincə gəlir və bundan sonra da bu istiqamətdə var qüvvəsi ilə çalışacaqlar.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərin bərpası uğrunda bugün Azərbaycan arxivçiləri səylə, yorulmadan çalışır, bu şərəfli işə arxiv sənədləri əsasında böyük töhfə verirlər.

Azərbaycan arxivinin 104 ili münasibətilə hər bir arxivçi həmkarımızı təbrik edir, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq.

 

 


Cегодня: 621
Вчера: 867
На этой неделе: 5216
На прошлой неделе: 6350
Этот месяц: 17925
Прошлый месяц: 25108
В этом году: 284074
Всего: 1304495
1304495