Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsində 20 Yanvar faciəsinin 35 illiyinə həsr edilmiş tədbir keçirilib

17 yanvar 2024-cü il tarixində Milli Arxiv İdarəsində ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib. 

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək qanlı yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub. 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.

Qeyd edilib ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, Şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və Şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Çıxışda o da vurğulanıb ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən Şəhidlərimizin, o cümlədən 20 Yanvar Şəhidlərinin ruhlarını şad edib, onların qisası alınıb.

Tədbir digər natiqlərin çıxışı ilə davam etdirilib. 

 


Cегодня: 308
Вчера: 854
На этой неделе: 2019
На прошлой неделе: 6463
Этот месяц: 18132
Прошлый месяц: 26014
В этом году: 18132
Всего: 1330716
1330716