20 Декабрь 2024 09:30 Новости Baxış sayı : 37
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2024-cü ilin İş Planına uyğun olaraq filialın və Lənkəran şəhər 10 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil edilib.
19 dekabr 2024-cü il tarixdə adı çəkilən məktəbin direktoru Sevil Əsədovanın rəhbərlik etdiyi yuxarı sinif şagirdləri filialda sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış ediliblər.
ARDA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verib.
Daha sonra ekskursiya sual-cavab və diskussiya formatında davam etdirilib.
Cегодня: | 602 |
Вчера: | 867 |
На этой неделе: | 5197 |
На прошлой неделе: | 6350 |
Этот месяц: | 17906 |
Прошлый месяц: | 25108 |
В этом году: | 284055 |
Всего: | 1304476 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az