Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Səs Yazıları Arxivində Şəhid ailələri ilə görüş keçirilib

Görüşdə Vətən müharibəsi Şəhidləri – Səmural Fətəliyevin, Ruslan Bayramovun,  Səid Rəşidzadənin, Rəşad Zeynallının anaları və Şəhid Rahib Fətəliyevin həyat yoldaşı iştirak edirdi.  Onlarla yanaşı Milli Arxiv İdarəsi Aparatının Arxiv işinin təşkili və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, jurnalist Süleyman Hacıyev, o cümlədən adıçəkilən arxivin kollektivi iştirak edirdi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva Şəhid ailələrini salamlayaraq, arxivdə Şəhidlərin şəxsi mənşəli audiovizual arxiv sənədlərinin toplanılması haqqında məlumat verdi. Bildirildi ki, Dövlət Səs Yazıları Arxivi Milli Arxiv İdarəsi tərəfindən verilmiş tapşırığa uyğun olaraq, Şəhidlərin şəxsi mənşəli arxiv sənədlərinin toplanılmasına başlayıb.  

Daha sonra çıxış edən Şəhid anaları qəhrəman oğulların həyat və döyüş yolu haqqında xatirələri iştirakçılarla bölüşdülər.

Çıxış edən Natiq Eminov Ermənistanın Azərbaycana qarşı bitib-tükənməyən ərazi iddialarının tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım, deportasiya digər təcavüzkar hadisələri özündə əks etdirən və dövlət arxiv xidməti təşkilatlarında daimi mühafizə edilən tarixi sənədlər haqqında məlumat verərək, tarixi keçmişimizi unutmamağın vacibliyini vurğuladı. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə gedən tarixi yol və həmin yolun Zəfər Günü ilə nəticələnməsi daima xalqımızın yaddaşında yaşayacaqdır. 

Natiq Eminov həmçinin Milli Arxiv İdarəsinin müvafiq tapşırığına uyğun olaraq, dövlət arxiv xidməti təşkilatları tərəfindən Şəhidlərimizin şəxsi mənşəli arxiv sənədlərinin dövlət mühafizəsinə qəbulu ilə bağlı məlumatı iştirakçılara çatdırdı. Qeyd edildi ki, İdarənin tabeliyində olan bir çox dövlət arxiv xidməti təşkilatlarında artıq yüzlərlə Şəhidin şəxsi mənşəli arxiv sənədləri toplanılıb.

Cəmilə Abasova dövlət arxiv xidməti təşkilatları tərəfindən Şəhid ailələri ilə keçirilən görüşlər barəsində məlumat verdi.

Görüş açıq diskussiya şəklində davam etdirildi.


Cегодня: 907
Вчера: 740
На этой неделе: 3159
На прошлой неделе: 6066
Этот месяц: 17055
Прошлый месяц: 28223
В этом году: 258096
Всего: 1278517
1278517