14 Май 2025 10:01 Новости Baxış sayı : 51
AZƏRTAC Dövlət Səs Yazıları Arxivinin fəaliyyəti haqqında geniş reportajı və arxivin direktoru Xalidə Fərəullayeva ilə müsahibəni dərc edib.
Tarixi keçmişi, onun ən dərin izlərini və həqiqətləri şübhəsiz arxivlər daşıyır. Buna görə də arxivləri “tarixin yaşadığı bir məkan” da adlandırırlar. Ölkəmizdə dövlət idarəçiliyinin əsas atributlarından olan və xalqımızın mənəvi sərvətini təşkil edən arxiv 1920-ci il dekabrın 6-da Azərbaycan Xalq Komissarları sovetinin sədri Nəriman Nərimanovun dekreti əsasında yaranıb. 1968-ci ildən isə Dövlət Səs Yazıları Arxivi fəaliyyətə başlayıb. Səs Yazıları Arxivini əbəs yerə “tariximizin səs yaddaşı” adlandırmırlar. Ölkəmizdə fəaliyyət göstərən altı dövlət arxivindən biri olan həmin arxivdə xalqımızın tarixi, mədəniyyət və incəsənətinin çox dəyərli nümunələri qorunur. Hazırda arxivdə 50 min saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir və onlardan 9 mini görüntü sənədlərinə aiddir.
Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva arxivdə saxlanılan musiqi əsərləri və mədəniyyət yazıları barədə AZƏRTAC-a müsahibəsində deyib: “Arxivlər tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaların və sairənin qorunmasına, mühafizə edilərək gələcək nəslə çatdırılmasına xidmət edib. Səs Yazıları Arxivinin qarşısına Vətənimizin ictimai-siyasi, tarixi elm və mədəniyyətini özündə əks etdirən audio-video sənədləri, habelə dövlət, siyasi və ictimai xadimlərin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları, müharibə və əmək veteranlarının, elm və incəsənət xadimlərinin, ölkəmizə gələn yüksəkvəzifəli xarici qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub.
Daha ətraflı BURADAN tanış ola bilərsiniz.
Cегодня: | 677 |
Вчера: | 987 |
На этой неделе: | 2641 |
На прошлой неделе: | 6953 |
Этот месяц: | 13527 |
Прошлый месяц: | 30229 |
В этом году: | 117921 |
Всего: | 1430505 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az