Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsində Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin Baş direktoru Danq Tan Tunq ilə görüş keçirilib

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına səfərə gəlib.

Səfər çərçivəsində nümayəndə heyəti tərkibində ölkəmizdə olan Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin Baş direktoru Danq Tan Tunq  Milli Arxiv İdarəsində olub və İdarənin rəisi Əsgər Rəsulovla görüşüb.

Əsgər Rəsulov Vyetnam ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin, o cümlədən arxiv işi sahəsində mövcud əlaqələrin inkişaf etdiyini bildirərək arxivlərimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyini məmnunluqla qeyd edib.

Əsgər Rəsulov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimində  “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun olmasını  xüsusi mənnunluqla vurğuladı və gələcək əlaqələrin inkişafında onun xüsusi rolu olacağını diqqətə çatdırdı.

Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin Baş direktoru Danq Tan Tunq səmimi qəbula görə Əsgər Rəsulova minnətdarlığını bildirərək, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanması münasibətilə təbriklərini çatdırdı. Natiq Azərbaycan və Vyetnam arxivləri arasında əlaqələrin inkişafının vacib olduğunu vurğuladı.

Daha sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin  arasında əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olundu.

Daha sonra qonaq Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Arxivlərinin fəaliyyəti ilə tanış oldu.

 


Cегодня: 867
Вчера: 1019
На этой неделе: 4772
На прошлой неделе: 7549
Этот месяц: 8705
Прошлый месяц: 30229
В этом году: 113099
Всего: 1425683
1425683