Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Dövlət Arxivi Şirvan filialının kollektivi Antiterror əməliyyatı zamanı Şəhid olan hərbi qulluqçularımızın ailələrini ziyarət edib

Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova filialın kollektivi 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli Antiterror əməliyyatı zamanı Şəhid olan hərbi qulluqçularımız  polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlunun və gizir Tağıyev Əli Azad oğlunun ailələrini ziyarət ediblər.

Şəhid Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. 21 saylı tam orta məktəbdə orta təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib.

Nümunəvi xidmətlərinə görə  “Qüsursuz Xidmətə görə 3-cü dərəcə ”, “Qüsursuz Xidmətə görə 2-ci dərəcə,”  “Qüsursuz Xidmətə görə 1-ci dərəcə", ”Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcə” və digər medallar ilə təltif edilib.

Vətən Müharibəsində qəhrəmancasına iştirak edib. 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı zamanı Kəlbəcər-Laçın istiqamətində gedən döyüşlərdə Şəhid olub.

Ölümündən sonra 3-cü dərəcələli "Vətənə xidmətə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Şəhid Tağıyev Əli Azad oğlu 25 iyul 1998-ci ildə Cəlilabad rayonu Məlikqasımlı kəndində anadan olub. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Antiterror əməliyyatı zamanı Şəhid olub.  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Vətən müharibəsii iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Filial tərəfindən Şəhidlərimizin şəxsi mənşəli sənədlərinin toplanıldığı və onların gələcək nəsillərə çatdırılması barəsində ailələrinə məlumat verilib və bu istiqamətdə hazırlıq işlərinə başlanılıb.

Allah Şəhidlərimizə rəhmət eləsin!


Cегодня: 315
Вчера: 983
На этой неделе: 4287
На прошлой неделе: 7171
Этот месяц: 16730
Прошлый месяц: 25580
В этом году: 229548
Всего: 1249969
1249969