30 Май 2023 12:23 Новости Baxış sayı : 369
"Heydər Əliyev ili" çərçivəsində Dövlət Arxivinin Gəncə filialında “Müstəqillik Günü”nə həsr olunmuş "Heydər Əliyev və müstəqillik tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilmişdir. Tədbirdə Dövlət İdarələri və İctimai Xidmətləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Dövlət Universitetinin müəllimləri Sabirə Bayramova, Yahya Süleymanov, Yeni Azərbaycan Partiyası "Yeni Gəncə " qəzetinin redaktoru Hicran Məmmədova, Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova, filialın əməkdaşları və digər qonaqlar iştirak etmişdirlər.
Tədbirdə çıxış edən natiqlər XX əsrin əvvəllərində Azərbaycanın dahi şəxsiyyətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını, XX əsrin sonlarında xaosa sürüklənən müstəqilliyimizin Ulu Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində, möhkəmləndiyini, bütün zərbələrdən yan keçdiyini və əbədi xarakter aldığını, dövlətimizin möhkəm təməllər üzərində qurulduğunu bildirmişdirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsini, Azərbaycanın beynəlxalq nüfuzlu qüdrətli dövlətə çevrilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Daha sonra Dövlət Arxivinin Gəncə filialının bir qrup əməkdaşına Dövlət İdarələri və İctimai Xidmətləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsi tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.
Cегодня: | 8 |
Вчера: | 1128 |
На этой неделе: | 4153 |
На прошлой неделе: | 5217 |
Этот месяц: | 1136 |
Прошлый месяц: | 21364 |
В этом году: | 85917 |
Всего: | 998306 |
Азербайджан, Баку, AZ1106, проспект Зия Буньядова, 3
Тел: (+99412) 562 97 75 Факс: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az