Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Naxçıvan MR Dövlət Arxiv İdarəsində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Ümummilli Lider  Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib.

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsi  və Heydər Əliyev Muzeyi ziyarət edilib, abidə önünə gül dəstəsi düzülüb. 

Dövlət Arxiv İdarəsində davam edən tədbiri giriş sözü ilə  Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin  2024-cü il 28 dekabr tarixli "Konstitusiya və Suverenlik İli" haqqında  Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirilir və  bugünkü  tədbirimizdə  bu mövzuya həsr edilib.
Tədbirdə "Hüquqi  Dövlətçilik və Milli Suverenlik ili", "Konstitusiya-müstəqil Azərbaycanın təməlidir", "Konstitusiya və Suverenlik İli" birliyimizin və gücümüzün təzahürüdür", "Konstitusiya və Suverenlik İli" mövzularında  Naxçıvan Muxtar Respublikası  Dövlət Arxiv İdarəsi əməkdaşları  Günel Hüseynova, Aygün Həmzəyeva və Ləman Dünyamalıyevanın, Babək rayon Dövlət Arxivinin müdiri Pərviz Mahmudovun çıxışları  dinlənilib. 

Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin, dövlət arxivinin əməkdaşları, rayon dövlət arxivlərinin müdirləri və idarədə istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması və Tarix ixtisaslarında təhsil alan tələbələr, həmçinin "Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxsin Kargüzar ixtisası qrupunda təhsil alan tələbələr iştirak ediblər. 
          Sonda Mehman  Məmmədov iştirakçılara təşəkkür edərək tədbirə yekun vurub.

 


Cегодня: 877
Вчера: 1019
На этой неделе: 4782
На прошлой неделе: 7549
Этот месяц: 8715
Прошлый месяц: 30229
В этом году: 113109
Всего: 1425693
1425693