Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Dövlət Arxivinin Şirvan filialında tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilmişdir

Dövlət Arxivinin Şirvan filialının təşkilatçılığı ilə Şirvan şəhərində tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilmşdir.

9 iyun Beynəlxalq Arxivlər günündə baş tutmuş tədbirdə Hacıqabul, Sabirabad, İmişli Rayon Dövlət Arxivlərinin, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının, Tarix Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, Şirvan İdman və Gənclər İdarəsinin məsul nümayəndələri, Şirvan şəhər Peşə liseyi və Şirvan şəhər 18 saylı orta məktəbinin müəllim və şagirdləri, şəhər ziyalıları iştirak etmişdilər.

Görüşdə şairin yaradıcılığı haqqında Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova məlumat vermiş, “Bədii yaradıcılıq da gələcək üçün bir arxivdir” şüarı altında şairin bir neçə şeirini səsləndirmişdir.

Tədbirdə çəxış edən Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırmış, yeni şeirlərini oxumuş və kitablarını hədiyyə etmişdir.

            İştirakçılar həmçinin Dövlət Arxivinin Şirvan filialında "Arxivlər yaddaş və irsdir" adlı sərgiyə baxış keçiriblər. Sərgi materialları filialda mühafizə olunan daimi saxlanma müddətli Şirvan (Əli Bayramlı) şəhərinin tarixini əks etdirən sənədlərdən, Şirvanın tanınmış ziyalılarına aid  şəxsi mənşəli fondlar olan Akif Abbasov və Eldar Qəmərli yaradıcılığından nümunələr, Vətən müharibəsi şəhidlərinin şəxsi kolleksiyalarından ibarət olmuşdur. 

 

 

 


Cегодня: 65
Вчера: 723
На этой неделе: 4900
На прошлой неделе: 4995
Этот месяц: 5634
Прошлый месяц: 24099
В этом году: 192872
Всего: 1213293
1213293