Национальное Архивное Управление

Азербайджанской Республики

Мы должны уделять серьезное внимание архивным делам.
Во-первых, это единственный источник отражающий
историю нашего народа. Во-вторых, они являются весьма
важным фактором противостояния тем, кто
искажает нашу историю.

ПОСЛЕДНИЕ НОВОСТИ

Milli Arxiv İdarəsində “Etika. Münaqişələrin idarə edilməsi” mövzusunda seminar-təlim keçirilib

           Azərbycan Respublikası Milli Arxiv İdarəsi rəisinin 26 yanvar 2024-cü il tarixli, 3-48-7/3-1-9/2024 №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2024-cü il üçün illik iş Planı”na uyğun olaraq “Etika. Münaqişələrin idarə edilməsi” mövzusunda 5 iyun 2024-cü il tarixdə Milli Arxiv İdarəsində seminar-təlim keçirilib.

            Tədbirdə Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova, həmin sektorun əməkdaşları, İdarə Aparatının inzibati vəzifə tutan dövlət qulluqçuları, Respublika Dövlət Arxivlərinin şöbə müdirləri və fondların baş mühafizəçiləri iştirak ediblər.

            İdarə rəisinin müavini Həsən Həsənov seminar-təlimi açıq elan edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamda qeyd edilən dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluqçularının etik davranışı, korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğunda ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasının aktuallığınıdan danışdı.

            İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova  etik davranış, arxivçinin peşə etikası ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”  Qanunun uyğunluqları haqqında, müəssisədaxili etik problemlər,münaqişələrin obyektiv səbəbləri, münaqişədə işəgötürənin rolu haqqında  məlumat vermiş, həmin məlumatlar eyni zamanda elektron təqdimat formasında əks olunmuşdur. Dövlət qulluqçuları və arxiv əməkdaşları ilə bu məlumatlar haqqında diskussiyalar aparılmış və həmin mövzular üzrə qrup halında tapşırıqlar yerinə yetirilmişdir.

 

 


Cегодня: 617
Вчера: 552
На этой неделе: 4542
На прошлой неделе: 6569
Этот месяц: 23554
Прошлый месяц: 25580
В этом году: 236372
Всего: 1256793
1256793