Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Azərenerji” ASC-i tərəfindən Dövlət Kino Foto Sənədləri Arxivinə 468 saxlama vahidi foto və 31 saxlama vahidi kino (video) sənəd təhvil verilib.

Sənədlər dövlət müstəqilliyi illərində ölkənin energetika sisteminin fəaliyyətini, elektrik enerjisinin istehsalı  və ötürülməsini, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarını, yarımstansiyalarını,sistem təşkiledici yüksək gərginlikli elektrik veriliş xətlərini və onların dispetçerlə idarə etmə sistemini əks etdirir.Bununla yanaşı olaraq, foto-kino sənədlərdə AR Prezidenti İlham Əliyevin Göygöldə “Çiçəkli”, İsmayıllı rayonunun Sumağallı kəndində “İsmayıllı-1”, Göyçay şəhərində “Göyçay-1” Su Elektrik Stansiylarının təməlqoyma və açılış mərasimində iştirakını, Sumqayıt Elektrik Stansiyasının, Bakının Nizami rayonu ərazisində modul tipli elektrik stansiyalarının, Naxçıvan Su Elektrik Stansiyasının, Şəki rayonunda modul tipli elektrik stansiyasının, Qəbələ rayonunda “Laza” yarımstansiyasının, Varvara Su Elektrik Stansiyasının, Xaçmaz, Balakən, Füzuli Su Elektriktrik Stansiyalarının, Ağdaş, Salyan yarımstansiyalarının təməlqoyma və açılış mərasimlərində iştirakını əks etdirir.

      Hal-hazırda Arxivdə qəbul olunmuş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir və hər bir sənədin məlumat bazası hazırlanır.

 

 

 

 


Bugün: 758
Dünən: 2152
Bu həftə: 2910
Son həftə: 10809
Bu Ay: 27557
Son Ay: 52648
Bu İl: 392798
Ümumi: 2086723
2086723