11 Noyabr 2026 02:16 XƏBƏRLƏR Baxış sayı : 27
6–8 noyabr 2026-cı il tarixlərində İstanbul şəhərində yerləşən Osmanlı Arxivi Külliyəsində “Arxiv işində yeni yanaşmalar və davamlılıq” mövzusunda Beynəlxalq Arxiv və Arxiv İşi Simpoziumu keçirilib.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi beynəlxalq tədbirdə Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova və Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru Anar Mirəliyev tərəfindən təmsil olunub.
Simpozium çərçivəsində Azərbaycan nümayəndələri “Yaddaş institutları və sənədli irs” və “Arxiv mənbələri əsasında tədqiqatlar və araşdırmalar” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Çin Milli Arxivi tərəfindən “İpək Yolu” mövzusunda, eləcə də Dolmabahçe Sarayında türk və italyan arxivçilərinin təşkilatçılığı ilə “Şüşə yaddaşı: Türkiyə və İtaliyanın şüşə irsi – Arxivlərdən əşyaya doğru” adlı sərgilər təqdim olunub.
Türkiyə Respublikası tərəfindən təşkil edilən beynəlxalq simpozium arxiv işi sahəsində müasir yanaşmaların, davamlı inkişaf perspektivlərinin və qabaqcıl təcrübələrin müzakirəsi, eləcə də beynəlxalq təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbirdə Böyük Britaniya, İtaliya, Çin, Niderland, Səudiyyə Ərəbistanı, Rumıniya, Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Beynəlxalq simpozium Azərbaycan və Türkiyə arasında arxiv işi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.


| Bugün: | 570 |
| Dünən: | 799 |
| Bu həftə: | 2207 |
| Son həftə: | 5584 |
| Bu Ay: | 8524 |
| Son Ay: | 36091 |
| Bu İl: | 501834 |
| Ümumi: | 2195759 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az