06 Noyabr 2026 03:19 XƏBƏRLƏR Baxış sayı : 30
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında sislisə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Dövlət Arxivi Salyan filialının və Şəhid Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin 1-ci kurs tələbələrinin “Açıq qapı” günü çərçivəsində tələbələrin arxivə ekskursiyası təşkil edilib. Keçirilən ekskursiyanın məqsədi tələbələri dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin dövlət idarəçiliyində rolu, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında maarifləndirməkdir.
Dövlət Arxivi Salyan filialının direktoru Səkinə Məlikova tələbələri arxivin fəaliyyəti haqqında məlumatlandırdı. Arxivçi Sədəf Nəcəfova tələbələri mühafizəxanaların iş prinsipi ilə əyani qaydada tanış etdi.

.jpeg)
| Bugün: | 537 |
| Dünən: | 814 |
| Bu həftə: | 4508 |
| Son həftə: | 5689 |
| Bu Ay: | 5241 |
| Son Ay: | 36091 |
| Bu İl: | 498551 |
| Ümumi: | 2192476 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az