Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

9 İyun - Beynəlxalq Arxivlər Günü münasibətilə Dövlət Arxivinin Şəki filialında “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Dövlət Arxivinin Şəki filialında 9 iyun - Beynəlxalq Arxivlər Gününə həsr edilmiş “Açıq qapı” günü keçirilib.

Tədbirin əsas məqsədi arxivlərin fəaliyyətini ictimaiyyətə tanıtmaq, sənədlərin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini nümayiş etdirmək olmuşdur.

Tədbirdə Şəki Dövlət Regional Kollecinin “Arxiv və kargüzarlıq” ixtisası üzrə təhsil alan tələbələr iştirak edərək, arxivdə saxlanılan sənədlərlə, o cümlədən onların mühafizə şəraiti yaxından tanış oldular.

Tədbir zamanı filialın direktoru Ehtiram Məmmədov tələbələrə arxiv işinin təşkili, sənədlərin qəbulu, mühafizəsi, təsnifatı və istifadəyə verilməsi qaydaları haqqında ətraflı məlumat verdi. Həmçinin filialın əməkdaşları tərəfindən tələbələrin sualları cavablandırıldı, onlara gələcək peşə fəaliyyətlərində faydalı olacaq tövsiyyələr verildi.

 

 


Bugün: 1275
Dünən: 1608
Bu həftə: 12158
Son həftə: 14819
Bu Ay: 8187
Son Ay: 56606
Bu İl: 320780
Ümumi: 2014705
2014705