Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Arxiv xidmətlərinin ödənişi artıq “Mygov” portalında

"Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının icrası ilə bağlı Milli Arxiv İdarəsi tərəfindən müvafiq informasiya sistemləri hazırlanaraq, Mərkəzi Bank tərəfindən Hökumət Ödəniş Portalına (HÖP) tam inteqrasiya edilmişdir. Hazırda adıçəkilən sistem tam olaraq HÖP üzərindən fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün  Fəaliyyət Planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə tərəfdaşlığı ilə vətəndaşların və istifadəçilərin rahatlığının təmin edilməsi, onlayn ödənişlərin təşviq edilməsi, o cümlədən Milli Arxiv İdarəsinə aid onlayn xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün arxiv xidmətlərinin ödənişi “Mygov” tətbiqində, o cümlədən “my.gov.az” portalında aktiv edilmişdir.


Bugün: 862
Dünən: 1333
Bu həftə: 9129
Son həftə: 10000
Bu Ay: 26482
Son Ay: 48459
Bu İl: 440182
Ümumi: 2134107
2134107