Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əməkdaşı beynəlxalq seminarda iştirak etmişdir.

      5-6 noyabr 2019-cu il tarixində Moskva şəhərində Rusiya Federasiyası Federal Arxiv Agentliyi, Beynəlxalq Arxivlər Şurasının Avro-Asiya Regional Şöbəsi (EVRAZİKA) və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə “Rəqəmsal dövrdə arxivlər: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar,  həmçinin 7-8 noyabr 2019-cu il tarixində “Rəqəmsal dövrdə sənədləşmə: rəqəmsal transformasiyada kargüzarlıq və arxiv işi” mövzusunda XXVI Beynəlxalq  Konfrans təşkil edilmişdir.

      Elektron sənədlərin təhlükəsizliyi, elektron arxiv sistemlərinin qurulması, yüksək desentralizasiya şəraitində elektron sənədlərin uzunmüddətli saxlanılmasının təşkili və sisteminin tətbiqi, arxiv işinin normativ-metodiki bazası, formalaşma problemləri  barədə müzakirələrin aparıldığı tədbirlərdə Azərbaycan ilə yanaşı 17 ölkənin -  Almaniya, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Sloveniya, Tacikistan, Özbəkistan, Vyetnam və digər ölkələrin nümayəndələri iştirak etmişdir. Sözügedən tədbirlərdə Milli Arxiv İdarəsini İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva təmsil etmişdir.

 

 


Bugün: 278
Dünən: 1324
Bu həftə: 4771
Son həftə: 8778
Bu Ay: 12124
Son Ay: 48459
Bu İl: 425824
Ümumi: 2119749
2119749