Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında əməkdaşlıq əlaqələri inkişaf edir.

23 oktyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində  Finlandiya Milli Arxivinin Rusiya və keçmiş SSRİ ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri prof. Dmitriy Frolov 25-29 aprel tarixlərində Bakıda səfərdə olmuşdur.

Səfər çərçivəsində D.Frolov  Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəhbərliyi ilə görüşmüş, İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Tarix Arxivində Finlandiya tarixinə aid sənədlərlə tanış olmuş, həmçinin arxiv işi sahəsində mütəxəssis mübadiləsi proqramı üzrə fikir və mülahizələrini bildirmişdir. 

25-26 aprel 2019-cu il tarixlərində qonaq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və Respublika Dövlət Arxivlərinin əməkdaşları üçün "Finnlər Rusiya İmperiyasında - 1809-1917 illər”, “Keçmiş SSRİ ölkələrinin arxivlərində saxlanılan Finlandiya tarixinə aid sənədlərin aşkarlanması və rəqəmsallaşdırılması üzrə iş" mövzularında mühazirə oxumuşdur. Tədbir açıq diskussiya şəraitində keçirilmişdir.  

 

 


Bugün: 170
Dünən: 1324
Bu həftə: 4663
Son həftə: 8778
Bu Ay: 12016
Son Ay: 48459
Bu İl: 425716
Ümumi: 2119641
2119641