Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Şirvan filialında növbəti seminar-məşğələ keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 2019-cu ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

Növbəti seminar 5 oktyabr 2019-cu tarixində isə Dövlət Arxivinin Şirvan filialında keçirilmişdir. Seminarda filialın direktoru Hamlet Hüseynov, filialın əməkdaşları, həmçinin filialın əhatə dairəsinə daxil olan Saatlı, Sabirabad və Hacıqabul rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər.

Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Cəmaləddin Cavadov Həbib Həsənov tərəfindən aparılmışdır.

Seminarlar zamanı cari məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  


 

 

 

 

 


Bugün: 174
Dünən: 1465
Bu həftə: 3167
Son həftə: 10917
Bu Ay: 17005
Son Ay: 52648
Bu İl: 382246
Ümumi: 2076171
2076171