Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Dövlət Səs Yazıları Arxivində növbəti seminar-məşğələ keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 2019-cu ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

Növbəti seminar 18 oktyabr 2019-cu tarixində Dövlət Səs Yazıları Arxivində keçirilmişdir. Seminarda arxivin direktoru Xalidə Fərəcullayeva, şöbə müdirləri və əməkdaşlar iştirak etmişdirlər.

Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Cəmaləddin Cavadov, Natiq Eminov və Həbib Həsənov tərəfindən aparılmışdır.

Seminar zamanı cari məslələlər barədə geniş müzakirələr keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodik vəsaitlər arxivçilərə verilmişdir.  

 

 

 

    


Bugün: 940
Dünən: 1437
Bu həftə: 7892
Son həftə: 10449
Bu Ay: 7892
Son Ay: 48609
Bu İl: 263879
Ümumi: 1957804
1957804