Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Bosniya və Hersoqovina Federasiyasının Arxiv İdarəsinin direktoru Adamir Yerkoviçlə görüş keçirilmişdir.

6 dekabr 2017-ci il tarixdə BvH Federasiyasının Arxiv İdarəsinin direktoru Adamir Yerkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Arxiv İdarəsində olmuşdur. Qonaqları İdarənin rəis müavini Əsgər Rəsulov qəbul etmişdir.

Görüşdə arxiv işinin müxtəlif sahələri, əldə edilmiş nailiyyətlər, ikitəfli əlaqələr müzakirə olunmuş, arxiv işi sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə gələcəkdə Memarandum imzalanması məqsədəuyğun hesab edilmişdir.

Daha sonra qonaqlar Dövlət Tarix Arxivində sənədlərin saxlanma şəraiti ilə yaxından tanış olmuşlar. 


Bugün: 502
Dünən: 1884
Bu həftə: 4199
Son həftə: 15880
Bu Ay: 28520
Son Ay: 56606
Bu İl: 341113
Ümumi: 2035038
2035038