Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində işə yeni qəbul edilmiş əməkdaşlarla görüş və seminar-məşğələ keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində işə yeni qəbul edilmiş əməkdaşlarla görüş, həmçinin İdarənin  2019-cu il Tədbirlər Planına uyğun olaraq seminar-məşğələ keçirilmişdir. Tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, Respublika Dövlət Arxivlərinə, Dövlət Arxivinin filiallarına və rayon (şəhər) dövlət arxivlərinə yeni təyin edilmiş rəhbər şəxslər iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə İdarənin rəisi Əsgər Rəsulov açaraq yeni təyin edilmiş əməkdaşları təbrik etmiş, onlara uğurlar arzulamış, Respublikada arxiv işinin vəziyyəti və qarşıda duran vəzifələr barəsində məlumat vermişdir.

İdarənin rəis müavini və şöbə müdirləri müvafiq sahələr üzrə problemlər və onların həlli yolları haqqında məruzə ilə çıxış etmişlər.

 

Seminar-məşğələ açıq diskussiya şəklində davam etdirilmişdir.    

 


Bugün: 1088
Dünən: 1359
Bu həftə: 7265
Son həftə: 12011
Bu Ay: 43597
Son Ay: 56606
Bu İl: 356190
Ümumi: 2050115
2050115