Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında “Gəncənin teatr tarixi” mövzusunda görüş keçirilmişdir

           Görüşdə Gəncə Dövlət Dram Teatrının direktor müavini, teatrşünas-tənqidçi Anar Bürcəliyev, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə şəhər 23 nömrəli orta məktəbin müəllimi İradə Mursaqulova və həmin məktəbin şagirdləri, həmçinin Dövlət Arxivi Gəncə filialının rəhbərliyi və əməkdaşları iştirak etmişdir.

            Tədbiri giriş sözü ilə açan filialın direktoru Eleonora Süleymanova Gəncədə teatrın yaranmasından, inkişafından, Dövlət Arxivinin Gəncə filialında şəxsi mənşəli fondları mühafizə edilən teatr və kino xadimlərindən danışmışdır.

           Çıxış edən digər natiqlər belə tədbirlərin mütəmadi keçirilməsinin maarifçiliyin, incəsənətin inkişafında, təbliğində əvəzsiz rol oynadığını qeyd edərək, arxivlərin bu sahədə imkanlarından söz açmışlar.   

         Daha sonra bədii kompozisiya ilə çıxış edən Gəncə şəhər 23 nömrəli orta məktəbin şagirdləri fəxri fərmanlarla təltif olunmuşlar.  

 


Bugün: 445
Dünən: 1246
Bu həftə: 7868
Son həftə: 12011
Bu Ay: 44200
Son Ay: 56606
Bu İl: 356793
Ümumi: 2050718
2050718