Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Kino-Foto Sənədləri Arxivində ulu öndərin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən fotosənədlərin elektron versiyası hazırlanmışdır.

2019-cu ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivində Heydər Əliyev Fondunun müraciəti əsasında ulu öndərin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən 1435 saxlama vahidi fotosənədin elektron versiyası hazırlanmışdır. Fotosənədlərin mövzusunun əsasını memarlıq şəhərsalma, sənayeləşmə, aqrar-sənaye kompleksləri, hərbi təhsil, metro tikintisi, elm-mədəniyyət xadimləri ilə görüş, xarici ölkələrdən gələn qonaqların qəbulu, dövlət mükafatlarının təqdim edilməsi, meşə və yaşıllıqların salınması təşkil edir.


Bugün: 1166
Dünən: 1315
Bu həftə: 7253
Son həftə: 5692
Bu Ay: 19262
Son Ay: 36091
Bu İl: 512572
Ümumi: 2206497
2206497