Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərtac DİA tərəfindən yeni sənədlər təhvil verilmişdir.

Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTac İnformasiya Agentliyi tərəfindən 3333 saxlama vahidi foto sənəd daxil olub. Daimi saxlanılmaq məqsədi ilə qəbul edilmiş foto sənədlər ölkə Prezidenti İlham Əliyevin 2017-ci ilin birinci yarım ilində iş qrafikinə uyğun olaraq görüşlərini, rəsmi qəbullarını, səfərlərini, beynəlxalq miqyasda keçirilən tədbirlərdə iştirakını, təhsil, mədəniyyət, kənd təsərrüfatı, neft sənayesi, energetika, ekologiya və dövlət sifarişi ilə yaradılan digər müəssisələrin istifadəyə verilməsində iştirakını əks etdirir.

 Tarix üçün əhəmiyyətli olan foto sənədlər Avropa Komissiyası, Dünya Gömrük Təşkilatı ilə əməkdaşlıq səviyyəsində keçirilən işgüzar görüşləri də özündə əks etdirir.

Hal-hazırda Arxivdə təhvil alınmış sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.Hər bir sənədin ayrıca məlumat bazası hazırlanır.


Bugün: 123
Dünən: 1324
Bu həftə: 4616
Son həftə: 8778
Bu Ay: 11969
Son Ay: 48459
Bu İl: 425669
Ümumi: 2119594
2119594