Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

Bu il Azərbaycanın görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi qeyd olunmaqdadır.

Böyük aktyorluq istedadını əlli üç illik ömrünə sığdıraraq, bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmış Ələsgər Ələkbərov öz möhtəşəm səs tembri, səhnə duruşu və sənətkar baxışı ilə milli teatr və kino sənətinə yeni nəfəs gətirən nadir incəsənət ustadlarından biri olmuşdur.

O öz sənət dahiliyini canlandırdığı Vaqif, Otello, Fətəli xan, Rüstəm kişi kimi xarakterlərlə bir daha sübut etmişdir.Heç şübhə yoxdur ki, görkəmli səhnə ustasının parlaq yaradıcılığı sənətsevərlərin yaddaşında daim yaşayacaqdır.

Sözügedən sərgi ilə BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 1132
Dünən: 1315
Bu həftə: 7219
Son həftə: 5692
Bu Ay: 19228
Son Ay: 36091
Bu İl: 512538
Ümumi: 2206463
2206463