16 Sentyabr 2026 10:13 XƏBƏRLƏR Baxış sayı : 24
15 sentyabr 2026-cı i tarixində Milli Arxiv İdarəsində “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Beynəlxalq Sülh Günü münasibətilə 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan olunması ilə bağlı müraciətinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə İdarənin mərkəzi aparatının, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının rəhbər şəxsləri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açıq elan İdarənin rəisi Əsgər Rəsulov “Beynəlxalq Sülh Günü”nün təsis olunmasının tarixi haqqında məlumat verərək bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilmiş, həmçinin 28 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunmuşdur.
BMT tərəfindən 2026-cı il Beynəlxalq Sülh Günü üçün müəyyən edilmiş “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” mövzusu sülhün yalnız müharibə və zorakılığın olmaması ilə məhdudlaşmadığını, insan hüquq və azadlıqlarına hörmətin, insan ləyaqətinin qorunmasının, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırır. Bu mənada insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayədir.
Əsgər Rəsulov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz, 20 sentyabr 2023-cü il tarixində isə “Antiterror” əməliyyatı ilə dövlət suverenliyimiz tam olaraq bərpa edilmişdir. Məhz Azərbaycan Respublikası 20 sentyabr 2023-cü il tarixində öz suverenliyini bərpa edərək regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir.
2025-ci il 8 avqust tarixində Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olmuşdur.
Daha sonra “Sülh aylığı” və “Dövlət Suverenliyi Günü” mövzuları ətrafında İdarə rəisinin müavini Həsən Həsənov, Elmi-Məlumat Kitabxanasının müdiri Yeganə Cabbarlı çıxış etdilər.
| Bugün: | 545 |
| Dünən: | 1330 |
| Bu həftə: | 3125 |
| Son həftə: | 10000 |
| Bu Ay: | 20478 |
| Son Ay: | 48459 |
| Bu İl: | 434178 |
| Ümumi: | 2128103 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az