12 İyun 2026 11:04 XƏBƏRLƏR Baxış sayı : 96
Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “III Beynəlxalq Arxivçilər Konqresi”, o cümlədən adıçəkilən konqres çərçivəsində “Digital Archive EXPO” adlı sərgi keçirilib.
Qazaxıstan Respublikası Prezidenti Arxivinin təşkilatçılığı, BMT, UNESCO və Beynəlxalq Arxivlər Şurasının (ICA) dəstəyi ilə keçirilən tədbirdə 30 ölkədən, beynəlxalq təşkilatlardan, informasiya texnologiyaları, elm və təhsil qurumlarından ümumilikdə 500 nümayəndə iştirak edib.
Tədbir Mərkəzi Asiya regionu üçün peşəkar diskussiya mühiti təqdim etməklə yanaşı, tarixi-mədəni və sənəd irsinin qorunması məsələlərində innovativ ideyaların və qabaqcıl texnologiyaların arxiv sferasında tətbiqi baxımından aktual hesab olunur.
Tədbir çərçivəsində təşkil edilə “Digital EXPO” sərgisində isə avtomatlaşdırılmış arxiv texnologiyaları, İT həllər, Sİ məhsulları və digər qabaqcıl texnologiyalar nümayiş etdirilib.
Sözügedən tədbirdə Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Fazil Abbasov və Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin məsləhətçisi Qulam Məmmədzadə iştirak ediblər.



.jpeg)

.jpeg)


.jpeg)
| Bugün: | 890 |
| Dünən: | 1702 |
| Bu həftə: | 11669 |
| Son həftə: | 10198 |
| Bu Ay: | 21867 |
| Son Ay: | 48609 |
| Bu İl: | 277854 |
| Ümumi: | 1971779 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az