Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 269 foto sənəd Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

 

ming      Müstəqillik tariximiz üçün əhəmiyyətli olan foto sənədlər Mingəçevir şəhərində son illər aparılmış quruculuq və abadlıq işlərini, şəhərin təhsil, mədəniyyət, sosial – iqtisadi, idman həyatını, əhalinin məşğulluğunu, seçilmiş insanların fəaliyyətini, dövlət başçısı tərəfindən Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimini, Sahil parkının, yeni istifadəyə verilmiş inzibati və yaşayış binalarını, məcburi köçkünlər üçün istifadəyə verilmiş qəsəbəni, şəhərin prospekt və küçələrini, istehsal müəssisələrini, Kür – Olimpiya Tədris – İdman Mərkəzini, yeni tikilmiş məktəb və xəstəxanaları, otelləri, bayraq meydanını, çimərlikləri, şahmat məktəbini əks etdirir.

       Hal – hazırda Arxivdə qəbul edilmiş foto sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında məlumat bazası hazırlanır.


Bugün: 472
Dünən: 1359
Bu həftə: 6649
Son həftə: 12011
Bu Ay: 42981
Son Ay: 56606
Bu İl: 355574
Ümumi: 2049499
2049499