Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 106 saxlama vahidi foto sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

        samaxi2009-2016-cı illəri əhatə edən sənədlər dövlət müstəqilliyi illərində Şamaxı rayonunda aparılan abadlıq-quruculuq işlərini, əhalinin məşğulluğunu, zavod və fabriklərin yaradılmasını, yolların yenidən qurulmasını, kənd və qəsəbələrdə görülən işləri əhatə edir. Bununla yanaşı foto sənədlər–rayonda turizm obyektlərinin, mehmanxanaların, parkların yaradılmasını, tarixi-memarlıq abidələrinin, qədim məscidlərin əsaslı təmirini, yeni tikilmiş binaların sakinlərin istifadəsinə verilməsini, nazirlik və komitələrin yerli təşkilatları üçün tikilmiş inzibati binaların açılışını, Rayon İcra Hakimiyyətinin fəaliyyətini, məktəb, xəstəxana binalarının açılış mərasimlərinin, Rəsədxananın yenidən qurulmasını, kənd və qəsəbələrə xətlərin çəkilişini əks etdirir.

        Hal-hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat bazası hazırlanır.

 


Bugün: 472
Dünən: 1359
Bu həftə: 6649
Son həftə: 12011
Bu Ay: 42981
Son Ay: 56606
Bu İl: 355574
Ümumi: 2049499
2049499