27 Noyabr 2026 08:22 XƏBƏRLƏR Baxış sayı : 6
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində, AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Bakıda Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə 100-dən çox dövlət qurumunun rəhbər və məsul şəxslərinin iştirak etdiyi süni intellekt üzrə beynəlxalq təlim proqramı həyata keçirilib.
16–19 noyabr 2026-cı il tarixlərində iki qrup üzrə keçirilən “Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik” (Public Leadership in the Age of Agentic AI) proqramı müxtəlif nazirlik və dövlət qurumlarının rəhbər heyətini bir araya gətirib.
Sözügedən tədbirdə Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov və Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak ediblər.
Proqramda əsas diqqət süni intellektin dövlət idarəçiliyində tətbiqi üçün zəruri olan strateji və praktiki idarəetmə bacarıqlarına yönəldilib. İştirakçılar real idarəetmə ssenariləri və praktiki tapşırıqlar əsasında təmsil etdikləri qurumların süni intellektə hazırlığının qiymətləndirilməsi, tətbiq imkanlarının müəyyənləşdirilməsi və müvafiq yol xəritələrinin hazırlanması üzrə yanaşmaları nəzərdən keçiriblər.
Təlimlərdə süni intellekt agentləri vasitəsilə iş proseslərinin avtomatlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və texnoloji həllərin effektivliyinin ölçülməsi məsələləri əhatə olunub. İştirakçılar süni intellekt layihələrinin nəticələrinin və ictimai faydasının qiymətləndirilməsi, eləcə də texnologiyaların təhlükəsiz və məsuliyyətli tətbiqinə dair beynəlxalq təcrübə ilə tanış olublar.
Harvard Universitetinin akademik təcrübəsinə əsaslanan proqram rəhbər heyətin texnoloji transformasiyaya liderlik etmək, təşkilati dəyişiklikləri idarə etmək və süni intellekt üzrə qərarları institusional prioritetlərlə əlaqələndirmək bacarıqlarının inkişafına yönəlib. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

| Bugün: | 245 |
| Dünən: | 1460 |
| Bu həftə: | 7348 |
| Son həftə: | 7853 |
| Bu Ay: | 27210 |
| Son Ay: | 36091 |
| Bu İl: | 520520 |
| Ümumi: | 2214445 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az