Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

27 Sentyabr - Anım Günüdür

Vətən Müharibəsində, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Əziz Şəhidlərimizin xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi olaraq Vətən Müharibəsi Şəhidlərinin şəxsi mənşəli sənədlərinin müvafiq Dövlət Arxivlərində toplanılması, mühafizəsi və istifadəsi məqsədilə onların ailə üzvləri ilə görüşlər keçirilmiş,  Şəhid analarının arxivlərimizə təqdim etdiyi sənədlər əsasında çoxsaylı arxiv fondları təşkil edilmişdir. Qəhrəman oğullarımızın bu sənədləri gələcək nəsillərə Vətən təəssübkeşliyi və Vətən sevgisinin aşılanmasında əvəzsiz mənbə olacaqdır.

           Allah Şəhidlərimizə rəhmət eləsin!

 


Bugün: 1271
Dünən: 1616
Bu həftə: 2887
Son həftə: 12229
Bu Ay: 22414
Son Ay: 43519
Bu İl: 479633
Ümumi: 2173558
2173558