Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr - Zəfər Günü münasibətilə Dövlət Arxivi Şəmkir filialının kollektivi Şəhid ailələrini və Şəhidlər Xiyabanını ziyarət edib

Dövlət Arxivi Şəmkir filialının direktoru Elşən Quliyev və filialın kollektivi  44 günlük Vətən Müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşən və qəhrəmancasına Şəhid olan Yunisli Elşən Fazil oğlunun və İsrafilzadə Elçin Bəxtiyar oğlunun ailələrini ziyarət edib, Şəhidlərimizin keçdiyi döyüş yolu, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən onlara  verilmiş orden və medallarla tanış olublar.

Filialın kollektivi Şəmkir rayonu Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəman Şəhidlərimizin məzarı üstünə tər güllər düzüblər. Daha sonra filialın kollektivi tərəfindən Şəhidlər Xiyabanının ərazisində ağac əkilib.


Bugün: 858
Dünən: 1271
Bu həftə: 858
Son həftə: 5927
Bu Ay: 26312
Son Ay: 43519
Bu İl: 483531
Ümumi: 2177456
2177456