Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialında hesabat yığıncağı keçirilib

Dövlət Arxivinin Gəncə filialında Daşkəsən, Göygöl, Goranboy, Samux və Naftalan rayon (şəhər) dövlət arxivlərinin müdirlərinin iştirakı ilə cari ilin 3-cü rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Filialın direktoru Eleonora Süleymanova çıxış edərək cari ilin 3-cü rübü üzrə məlumatların Elektron Hesabatlar Sisteminə (EHS) daxil edilməsinin müddətləri və hesabatların tərkibi haqqında iclas iştirakçılarına məlumat verdi.

ARDA Gəncə filialında, o cümlədən tabe rayon (şəhər) dövlət arxivlərində daimi mühafizə edilən arxiv sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı prioritet əsasda sənədlərin seçilməsi, hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verildi.

Daha sonra cari məsələlər müzakirə edildi.


Bugün: 599
Dünən: 1616
Bu həftə: 2215
Son həftə: 12229
Bu Ay: 21742
Son Ay: 43519
Bu İl: 478961
Ümumi: 2172886
2172886